Azərbaycan Ordusunun erməni təxribatına cavab olaraq həyata keçirdiyi "Qətiyyətli cavab" əməliyyatı zamanı məhv edilən erməni əsgərlərinin görüntüləri yayılıb.
RePost.Az xəbər verir ki, görüntülərdən də bəlli olur ki, Ordumuz bir çox dağlıq ərazilərdə stareteji yüksəklikləri ələ keçirib.
Erməni təxribatlarının qarşısını alarklən məhv edilən düşmən əsgərlərinin sayı haqqında Ermənistan Müdafiə Nazirliyi rəsmi açıqlama verməsə də, rəsmi şəxslərin dilindən müxtəlif rəqəmlər səslənir.
Ölkənin Baş naziri Paşinyan parlamentdə çıxışı zamanı 49 nəfərin öldüyünü etiraf etsə də, erməni blogerlər və rəsmi şəxslər sosial media hesablarında rəqəmlərin qat-qat çox olduğunu yazırlar.
Ölənlərin sayının azı 65, yaralıların isə 80-ə yaxın olduğunu qeyd edirlər.