Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib.
 
“Qafqazinfo” xəbər verir ki, hadisə Gəncədə baş verib. Belə ki, şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata, oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.
 
Ata və oğlunun cənazəsi Bakının Binəqədi rayonuna gətirilir.
 
Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir. Vətən Müharibəsi iştirakçısı olan Vadimin bir yaşlı qızı və doğulmamış körpəsi var.
 
Allah rəhmət eləsin!

Baxış sayı: 4530 | Tarix: 14.09.2022
Bizi Telegramda izləyin: @repostaz