İspaniya rəssamlıq sənətin zirvələrindən olan sürrealizm cərəyanının ən məşhur nümayəndəsi Salvador Dali deyib: “Mən düşmənlərimin üstünə gül-çiçək atıram-tabutda olanda”. Xalq olaraq bizim düşmənimiz ermənidir. Müvafiq olaraq hamımızın ermənilərə münasibəti də Salvador Dali misalında olmalıdır.
 
Qədim Roma tarixçisi Tasit Kornelinin bu fikrinə diqqət edin: “(Xalqın) möhtəşəm ümumi nifrət hissi (xalq arasında) güclü dostluq hissi yaradır“. Ən pisi odur ki, biz ümumi düşmənizmiz olan ermənilərə qarşı da eyni cəbhədə deyilik. Və hərənin ağzından bir avaz gəlir. Halbuki düşmən olan nifrət hissi bizim hamımızı dost etməliydi...
 
Özü də ermənilərə qarşı mübarizə təkcə hərb meydanında getmir. Bütün sahələrdə biz düşmənlə vuruşuruq. Elə bu yaxında “Qarabağ” – “Nant”ı darmadağın etdi. Ermənilərin əsas dəstəkçilərindən biri olan Fransa elə ermənilərlə birlikdə matəmə qərq oldu. Bu, elə-belə oyun deyildi. Tarixdəki “ölüm matçı” kimi bir şeydi. Xatırladıram: 1942-ci ildə Ukrayna faşist işğalı altında idi. Kiyevdə yerli “Start” futbol komandası ilə faşistlərin “Flakelf” komandası arasında oyun keçirildi. Hədə-qorxuya baxmayaraq Ukrayna komandası faşistlər üzərində qələbə çaldı. Buna cavab olaraq Kiyev komandasının 5 futbolçusu faşistlər tərəfindən qətl edildi...
 
Yəni milli məsələdə hər kəs ölümün gözünün içinə düz baxaraq düşmənin üstünə getməlidir...
 
Gedirikmi? Getmirik. Son hərbi qarşıdurma ilə bağlı müxalifətimiz Qərbin dili ilə danışır. Qərb mətbuatı da yazır ki, II Qarabağ savaşında müxalifət iqtidara dəstək verirdi. İndi isə Azərbaycan iqtidarının hərbi əməliyyatlarını pisləyirlər. Düzmü deyirlər? Düz deyirlər...
Hər kəs bilməlidir ki, nə qədər ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmayıb II Qarabağ savaşını bitmiş hesab etmək olmaz. Bizə lazım olan odur ki, Ermənistan rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ üzərində suveren haqlarını tanısın. İkinci məsələ, bu heç də birincidən az önəmli deyil, Zəngəzur dəhlizinin açılmasına rəsmi razılıq versin...
 
Zəngəzur məsələsi ilə bağlı mən dəfələrlə yazmışam. Hətta vurğulamışam ki, Zəngəzur dəhlizi məsələsi Dağlıq Qarabağ məsələsindən də önəmlidir. Təəssüflə deməliyəm ki, Azərbaycanda çoxları Zəngəzur dəhlizinin ölkəmizə verə biləcəyi xeyri, dövlətimizə qazandıracağı önəmi təsəvvür edə bilmir. 
 
Sadəcə bir faktı deyib keçirəm: Avropa Birliyi ilə Çin arasında illik mal mübadiləsi 15 trilyon dollardan artıqdır. Yəni söhbət milyard dollarlardan yox, trilyon dollarlardan gedir...
 
Bunun Zəngəzur dəhlizinə nə dəxli var? Deyim. Çindən, eləcə də digər Asiya ölkələrindən, eləcə də Türk Dövlətlərindən gəlib-gedən malların böyük bir hissəsi Zəngəzur dəhlizi ilə daşına bilər. Hazırda bu mal mübadiləsi necə həyata keçirilir. Deyirəm. Su yolu ilə, yəni okianları keçərək. Bu yol çox vaxt aparır. Təxminən 1 ay çəkir. Təyyarələrlə. Hava yolu isə son dərəcə bahadır və malın qiymətinin kəskin şəkildə artmasına səbəb olur. Asiyadan Avropa Birliyinə quru yolu yoxdurmu? Var. Özü də çoxdur. Hətta Azərbaycandandan Gürcüstan üzərindən Türkiyəyə çıxmaqla da bu mümkündür. Hazırda bu yoldan da istifadə olunur. Ancaq bu yol da çoz vaxt aparır. Zəngəzur dəhlizi isə ən optimal variandır. Şühbəsiz ki, Zəngəzur dəhlizi açıldıqdan sonra dediyim mal mübadiləsi təkcə buradan keçməyəcək. Ancaq malların əsas hissisi buradan daşınacaq. Bu isə Azərbaycana, bütövlükdə Türk Dünyasına həm siyasi, həm də iqtisadi üstünlüklər verəcək. Böyük dövlətlərin əlində oyuncaq olan Ermənistan da bundan milyardlar qazanacaq. 
 
Bizim müxalifət Zəngəzur dəhlizi haqqında nə düşünür? Bilən varmı? Tutaq ki, Ermənistan xarici havadarlarının dəstəyi ilə bu dəhlizin açılmasına imkan vermədi. Onda Azərbaycan tərəfdaş ölkələrə vəd etdiyi kimi Erməistana qarşı müharibə etməli olacaq. Onda bizim müxalifət nə edəcək? Ermənistan və erməni havadarlarının yanında olacaq, yoxsa dövlətimizə dəstək verəcək? Bu suala konkret cavab varmı? Yoxdur. 
 
Hətta belə deyənlər də var ki, 10 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən imzalanmış Qarabağ atəşkəs bəyanatında Zəngəzur dəhlizi söhbəti qeyd olunmayıb. Bu,yəni Zəngəzur dəhlizi söhbəti sonradan ortaya çıxıb və İlham Əliyevin uydurmasıdır. Düzmü deyirlər? Sadəcə onu deyim ki, Nikol Paşinyan da eyni sözləri deyir...
 
Britaniyalı jurnalist və yazar, Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis olan Tomas de Vaal Azərbaycanda da tanınmış adamdır. 
 
O, məşhur "Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabının müəllifidir. Qarabağ münaqişəsini Qərbdə ondan yaxşı bilən yoxdur. Onun “BBC”nin rus redaksiyasına verdiyi müsahibə var. Tarixə diqqət edək: 16 noyabr 2020-ci il, yəni Qarabağla bağlı atəşkəs bəyanatından cəmi 6 gün sonra. Nə deyir? Deyir ki, Qarabağda Rusiya və Türkiyə qalib gəldi. 
 
Həmin müsahibəni şərh bölümündə təqdim edirəm. Maraqlananlar oxusun. Və kiçik bir hissəsini isə nəzərinizə çatdırıram. 
 
“BBC” sual edir: “Bu münaqişənin sona çatmasında Rusiyanın rolu ilə bağlı müxtəlif fikirlər var: kimsə hesab edir ki, Türkiyənin bu münaqişəyə girməsi Rusiyanın nüfuzunu sarsıtdı, bu, az qala Putinin üzünə sillə vurmaq kimi bir şeydir. Başqa birisi isə, əksinə, iddia edir ki, Rusiya Qarabağda öz təsirini saxlayır və gücləndirir. Hansı baxışa üstünlük verirsiniz? 
 
Tomas de Vaal: “Mənə elə gəlir ki, indi həm Rusiya, həm də Türkiyə münaqişənin başlanğıcında olduğundan daha yaxşı vəziyyətdədirlər. Şübhəsiz ki, Rusiya bölgəyə qayıdıb və onun sülhməramlı qüvvələri bəlli ərazidə yer alıb. Beş ildən sonra Azərbaycan tərəfi veto hüququndan istifadə edə bilər (yəni çıxarmaq üçün) və sözsüz ki, bu məsələ ətrafında çoxlu sövdələşmələr olacaq. Bundan əlavə, (Азербайджан получит важный коридор) Azərbaycan bu saziş çərçivəsində mühüm dəhliz əldə edəcək - Ermənistanın cənub hissəsindən keçməklə, Naxçıvanla Azərbaycanın qalan hissəsini birləşdirəcək (коридор) dəhliz olacaq. Və Türkiyəni Azərbaycandan keçərək Türkiyə ilə birbaşa Azərbaycan və Rusiya ilə birləşdirəcək (новый коридор) yeni dəhliz yaranacaq. Onlar üçün bu, Azərbaycanın daxilində daha güclü iştirak deməkdir. Hesab edirəm ki, bu müqavilə Leninlə Atatürk arasında bağlanmış Qars müqaviləsini xatırladır. Bu, bir növ böyük güclərin paktıdır və sadə insanlar arasında bundan kimin faydalanacağı bilinmir, amma böyük dövlətlərin öz qələbələrini qazandıqları aydındır”. 
 
Gördüyünüz kimi, kiçik bir hissədə cənab Tomas de Vaal, yəni bu işin mütəxəssisi dəfələrlə “dəhliz” sözü işlədir. Sizcə, bu təsadüfi ola bilərmi? Əlbəttə, yox. Qarabağ atəşkəs bəyanatının bütün incəliklər dünyanın böyük dövlətlərinə məlumdur. Bəyanatda olan və olmayan hər şey bəllidir..
 
Ermənistan Zəngəzur dəhlizinin açılmasına söz verib. Zor-xoş bu dəhliz açılmalıdır. Bu dəhliz açılmadan Ermənistala Azərbaycan arasında sülh olmayacaq. 
 
Mən çox istərdim ki, ölkələrimiz arasında sülh olsun, əmin-amanlıq olsun, “güllər açsın, güllələr açılmasın”... Amma real dünyada, özü də qəddarların içində humanist olmaq son dərəcə təhlükəlidir. Biz bu təhlükəni rüşeym olduğu vaxtda məhv etməliyik. Bu işi sonraya saxlamaq olmaz, gələcək nəsilləri də bəlaya soxmaq, onları da od-alovun içinə atmaq deməkdir...

Baxış sayı: 4815 | Tarix: 17.09.2022
Bizi Telegramda izləyin: @repostaz