Enerji böhranı fonunda avropalılar qış mövsümü üçün Türkiyə hotellərində nömrə bron etməyə başlayıblar.
 
“APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, noyabr ayı üçün sifarişlərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 1,5 dəfə artıb.
 
Qeyd olunub ki, hesabları 10 dəfədən çox artan və qaz böhranı şəraitində “birlikdə duş qəbul etməyə” çağırılan avropalılar qışı keçirmək üçün Türkiyənin hotellərinə axışacaq.

Baxış sayı: 3542 | Tarix: 19.09.2022
Bizi Telegramda izləyin: @repostaz