Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
 
Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
 
1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
 
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
 
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
 
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
 
5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
 
6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
 
7. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
 
8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
 
9. Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində;
 
10. Babək prospekti, mərkəz istiqamətində;
 
11. “20 Yanvar” dairəsində;
 
12. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Baxış sayı: 2516 | Tarix: 22.09.2022
Bizi Telegramda izləyin: @repostaz