UEFA Superkuboku ləğv olunur.
 
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu turniri yenisi ilə əvəz etməyi planlaşdırır.
 
Superkubokun əvəzinə 4 komandanın iştirakı ilə yeni yarış keçiriləcək. Bura MLS klubları da dəvət alacaq.
 
Bu, daha yüksək qazanc əldə etmək məqsədi daşıyır. Belə variant İspaniya Superkuboku modelini xatırladacaq.
 
Yarışda Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və MLS təmsilçisi mübarizə aparacaq. Bu turnir yayda və Avropadan kənarda baş tutacaq.
 
Qeyd edək ki, Superkubok 1972-ci ildən keçirilir.

Baxış sayı: 2516 | Tarix: 22.09.2022
Bizi Telegramda izləyin: @repostaz