26 sentyabr tarixində Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
	 
	“Azərsu” ASC-dən verilən məlumata görə, buna səbəb magistral su kəmərində baş vermiş qəza olub. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.