Abşeron rayonunun Novxanı kəndində yerləşən oteldə yanğın baş verib. 

Bu barədə RePost.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin (112) qaynar xətt telefonuna Novxanı qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.
FHN-in yanğından mühafizə qüvvələri ünvana çatdıqdan sonra yanğının "Spring" Hotel"in yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur.

Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, otel binası yanğından mühafizə olunub, yanğın məhdudlaşdırılıb. Yanğın söndürülüb.


Baxış sayı: 3523 | Tarix: 29.09.2022
Bizi Telegramda izləyin: @repostaz