Müsavat Partiyasının üzvü Tofiq Yaqublu polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında məlumat paylaşıb.
DİN Tofiq Yaqublunun saxlanılması barədə məlumatı təsdiq edib. DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev RePost.Az-a bildirib ki, Tofiq Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə saxlanılıb. Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaq.