Macarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb. Eyni zamanda, bu gün səhər saatlarında 6 ölkə vətəndaşı sərhəd-buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə gətirilib.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Nazirin sözlərinə görə, qısa zamanda həmin şəxslərin Macarıstana təxliyəsi həyata keçiriləcək.
O, İran ərazisinin ardıcıl raket zərbələrinə məruz qalması və ümumiyyətlə, bu ölkədəki vəziyyət nəzərə alınaraq, təxliyə üçün müraciətlərin təmin olunmasının kifayət qədər mürəkkəb və detallı planlaşdırma tələb edən proses adlandırıb: “Azərbaycana təxliyəsi həyata keçirilən şəxslərin arasında azyaşlılar da var. Mən İrandakı səfirliyimizin əməkdaşlarına bu ölkənin ərazisini tərk etməklə bağlı göstəriş vermişəm. İran – Azərbaycan sərhədini keçən diplomatik nümayəndəliyin əməkdaşları və ailə üzvlərinin sayı 15 nəfərdir. İrandakı səfirliyimiz qısa müddət ərzində öz işini Bakıdan davam etdirəcək. Qərar yalnız vətəndaşlarımızın təhlükəsizliyinin təminatı məqsədi daşıyır”.