Cümə axşamı, 19 İyun 2025, 21:22:49
İsrailin ötən gecə İrana həyata keçirdiyi hücum zamanı öldürülən İran rəsmilərinin siyahısı:
 
- General Məhəmməd Hüseyn Baqiri, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi.
- Hüseyn Salami, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri.
- General Qulam Əli Rəşid, Xatem əl-Ənbiya qərargahının komandiri.
- Məhəmməd Pakpur, İnqilab Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı.
- Alireza Tanqsiri, İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinin komandanı.
- Əhməd Əli Hacızadə, İnqilab Keşikçiləri Kosmik Qüvvələrinin komandanı.
-İsmail Qaani, İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı.
- Əlirza Süleymani, Bəsic komandiri.
- Əmir Musəvi, İran Ordusunun komandanı.
- Əmir Şəhram İranyan, Ordu Hərbi Dəniz Qüvvələrinin komandanı.
- Alireza Fordestan, Ordunun Quru Qoşunlarının komandanı.
- Kiumars Heidari, Ordunun Quru Qoşunlarının komandanı.
- Nəsirzadə - Hərbi Hava Qüvvələrinin komandanı.
 
Onların əksəriyyəti evlərində, yatdıqları yerdə öldürülüblər. 
 
Siyahını İsrail kəşfiyyatı yayıb.
***

İsrailin hücumu nəticəsində öldürülən yüksək rütbəli İran rəsmilərinin siyahısı.
 
· Baş Qərargah rəisi Məhəmməd Baqiri.
· SEPAH komandiri Hüseyn Salami.
· SEPAH Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə.
· İranın Atom Enerjisi Təşkilatının sabiq rəhbəri Fereydun Abbasi.
· İran Baş Qərargahının “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı general-mayor Qulam Əli Rəşid.
· Nüvə fizikası - İranın nüvə layihəsinin liderlərindən biri Məhəmməd Mehdi Tehranci.
· İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani.

Bundan başqa hücum nəticəsində İranın yeraltı nüvə obyektləri də ciddi zərər görüb. Ümumilikdə 6 nüvə alimi ölüb.
 
Təbrizdəki neft emalı zavodu, dron bazaları dağıdılıb.  İranın dini rəhbəri Xomeneyi İsrailə cavab veriləcəyini bildirib və 100-dən çox dron buaxılıb. Lakin dronların İsrailə 8 saata çatacağı bildirilir. Eyni zamanda ABŞ və İngiltərə təyyarələri İran dronlarını məhjv etmək üçün havaya qalxıb. 

İsrail Baş naziri Netanyahu İran məhv edilənədək əməliyyatın davam edəcəyini bildirib.

Baxış sayı: 2763 | Tarix: 13.06.2025
Bizi Telegramda izləyin: @repostaz