Cəlilabadda "QAZ 53" markalı yük maşını aşıb. Nəticədə bir nəfər ölüb, 2 nəfər yuaralanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, avqustun 1-də saat 7 radələrində N.Abbasov idarə etdiyi "QAZ 53" markalı yük avtomobili ilə Cəlilabad rayonunun Əsədli kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə avtomobilin yük hissəsində olan sərnişin 32 yaşlı C.Hüseyinov ölüb, sürücü və digər sərnişin isə bədən xəsarəti alıb.
Araşdırma aparılır.