Avqustun 4-də Xocalı rayonunun Xanyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
 
DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, araşdırmalarla yanğının 2004-cü il təvəllüdlü Murad Abdulxalıqovun ərazidə məişət tullantılarını yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
 
Hadisə nəticəsində təxminən 500 kv.m sahədə kol-kos yanıb.
 
Murad Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
 

Baxış sayı: 920 | Tarix: 05.08.2025
Bizi Telegramda izləyin: @repostaz