Xəbər verildiyi kimi, bu gün Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
 
Nizami rayon Məhkəməsinin qərarına əsasən, Abdulla İbrahimli və İbrahim Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
AFN.az-a daxil olan məlumata görə, barəsində həbs qətimkan tədbiri seçilən Abdulla İbrahimli məşhur müğənni Sahib İbrahimovun qardaşı oğludur. Mənbəmiz əlavə məlumat verməsə də, A.İbrahimlinin əslən Qazax rayonundan olduğunu bildirdi.
 
Qeyd edək ki, saxlanılanlar barəsində Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) üzrə ittiham irəli sürülüb.

Baxış sayı: 293 | Tarix: 27.11.2025
Bizi Telegramda izləyin: @repostaz