"Prime Tv" internet telviziyası ilə Yasamal rayon İcra Hakimiyyətinin şöbə müdiri arasında qalmaqal yaşanır. Televiziyanın rəhbəri Aygün Muradxanılının dediyinəı görə,  Prime TV-ni fəaliyyətinə problem yaradan Yasamal rayon İH-nin Sənədlərlə və vətəndaşların müraciətilə iş şöbəsinin müdiri Mansurova Elnurə Elman qızıdır. Elnurə Fikrət Mansurov adlı şəxslə nikahdadır. Fikrət isə özünü Suraxanı rayon İH hakimiyyətinin bələdiyyələrlə iş şöbəsinin müdiri kimi təqdim edir. Biz bu gün dəqiqləşdirdik, Suraxanı İH-nin Fikrət Mansurov adlı işçisi yoxdur. Onun haqqında araşdırma apardıqda bir neçə şəxs iddia etdi ki, Fikrət heç yerdə işləmir, arvadının hesabına yaşayır, cinsi azlığın nümayəndəsidir və qadınlara qarşı xüsusi aqressiyası ilə seçilir. 
 
 - Özünü İH təmsilçisi kimi təqdim edən Fikrət məhəllədə qoçuluq edir, mağaza sahiblərinə, ərazidə avtomobilini park edən şəxslərə hücuma keçir. Düşdüyü mübahisəli situasiyalardan onu vəzifə səlahiyyətlərindən sui-istifadə edən nikahda olduğu sözdə arvadı Elnurə Mansurova xilas edir.
 
Elnurə Mansurovanın Prime TV dərdi isə onunla bağlıdır ki, bizim studiyanın ərazisinə düşən şaxtada boru partladı və onların balkonuna su damdı. Hadisə zamanı Mansurovlar, binanın komendantı, digər sakinlər də əmin oldular ki, bizim bu məsələdə hər hansı məsuliyyətimiz yoxdur, şaxtada bir kran xarab olub və ən çox ziyan da bizə dəyib - avadanlıqlar tamamən suyun içərisində idi.
 
Biz buna qədər artıq 1 il 4 ay idi həmin yeri kirayə götürmüşdük və heç kimlə heç bir problemimiz olmamışdı. Yalnız su məsələsi ortaya çıxanda Mansurovla xəbər tutdular ki, burada internet televiziyası yerləşir. Bundan sonra işi-gücü olmayan, parkovşiklərə və məhəllə baqqallarına hücumla gün keçirən “Suraxanı İH-nin işçisi” cinsi azlıq Fikrət Mansurov özünə təzə peşə tapdı - “dom Feyzulla bomba rabatay” deyib arvadının əli çatan bütün hökumət strukturlarını üzərimizə göndərdi.
 
Elnurə Mansurova özünü nə sayır ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edir? Belə çıxır ki, Yasamal rayon İH-da çalışan bu şəxs və onun arxasında dayanan qüvvə millətçi və dövlətçi düşüncəni təmsil edən, Azərbaycan Respublikasının informasiya savaşında öz yeri və çəkisi olan Prime TV-ni özlərinə təhlükə sayır, bu səbəbdən işimizə mane olur.
 
Bu arada onu vurğulayaq ki, Elnurə Mansurova Kərəm Həsənovun kadrı kimi tanınır. Bilmirik, bəlkə də Kərəm Həsənov Elnurədən hansısa proseslərdə istifadə edib, ancaq düşünmürük ki, indi o, adının bir media orqanına, ictimai nüfuzu olan jurnalistə təzyiq göstərilməsində hallanmasını istəyər.
 
Prime TV-nin rəhbəri olaraq prokurorluq və daxili işlər orqanlarını rəsmi vəzifə tutan Elnurə Mansurovanın və özünü vəzifəli şəxs kimi təqdim edən Fikrət Mansurovun addımlarına hüquqi qiymət verməyə çağırırıq. Faktiki olaraq bir məmur boyundan yuxarı atılaraq hansısa xidmətləri qarşılığında əldə etdiyi imkanlarla vəzifə səlahiyyətlərini aşır. Onun sözdə əri isə heç bir yerdə işləmədiyi halda özünü Prezidentə birbaşa tabe icra strukturunun vəzifəli şəxsi kimi təqdim edir. İnanırıq ki, hər iki əməlin ciddi hüquq pozuntusu olmasını DİN və prokurorluq orqanlarına xatırlatmağa ehtiyac yoxdur.
 
Yasamal Rayon İH başçısı Elşad Həsənovdan isə tələb edirik ki, vəzifə səlahiyyətlərini aşaraq özünü rayon ərazində qoçu kimi aparan işçisi Elnurə Mansurova ilə bağlı ölçü götürsün.

Baxış sayı: 5765 | Tarix: 04.10.2022
Bizi Telegramda izləyin: @repostaz