112 saylı məktəbdə sinif yoldaşını döyən məktəblinin valideyni məsuliyyətə cəlb oluna bilər. Bu barədə Baş Prokurorluq araşdırma aparıb. 
 
Prokurorluqdan RePost.Az-a verilən məlumatda deyilir ki, araşdırma nəticəsində İnzibati Xətalar Məcəlləsinin 512-ci maddəsi ilə yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin (və ya onları əvəz edən şəxslərin) məsuliyyətə cəlb olunması üçün əsas müəyyən edildiyindən, faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına göndərilib. 
 
Eyni zamanda, hadisənin baş verdiyi təhsil ocağında qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təqdimat aidiyyəti üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə göndərilib.
 
 

Baxış sayı: 5385 | Tarix: 04.10.2022
Bizi Telegramda izləyin: @repostaz