Müğənni Mina Hüseyn boşanması ilə bağlı ilk dəfə açıqlama verib.
 
BAKU.WS xəbər verir ki, ilk dəfə bu haqda "MTV magazin"ə danışan sənətçi bir oyunun içində düşdüyünü və  iş adamı əri Sərxan Həsənovun onu aldatdığını bildirib. İfaçı öz istəyi ilə boşanmağa qərar verdiyini açıqlayıb. 
 
"Ailəmin dağılmasını istəmirdim, ana olmaq istəyirdim. Boşanma qərarını özüm verdim. Çünki yola getmirdik, xasiyyətlərimiz uyğun gəlmirdi. Məni evə bağlayırdı, bəzi vaxtlarda telefonu alıb gedirdi, qapını kilidləyirdi ki, çıxma. Qohumlarımla görüşməyə də icazə vermirdi. Etiraz edirdim, onu gözləyirdim ki, gəlsin telefonu götürüb anamla danışım. Nikah günümüzdə dedi ki, instaqramı bağlayıb, sənətdən uzaqlaşacaqsan. Mən də həmişə deyirdim ki, sənətdən gedərəm, amma həyat yoldaşım bunun müqabilində dəstək olsun. Hər qadın istəyər, onun həyat yoldaşının maşını, evi olsun ki, uşağı orada qeydiyyatdan keçirsin.
 
Mənə dedi ki, üç evim var, sənin heç nəyə ehtiyacın olmayacaq, hər şeyi təmin edəcəm, amma sənəti atacaqsan. Mən də razılaşdım, hər qadın kimi yaxşı olmağını istəyirdim. Sonra gördüm ki, bu insan məni aydan-aya aldadır. Biz üç ay kirayə qaldıq. Deyirdim, instaqramımı açaq, işimlə məşğul olum, sən nəzarət et. Hara istəsən, gedək-gələk. Mən yalansız, sağlam ailə qurmaq istəyirdim. Səhv anlamasınlar, var-dövlət hayında deyiləm.
 
O insan məni aldatdı, sonda da dedi ki, hər şeyi yalan demişəm. Nə evim var, nə də sənə baxacaq pulum. Söylədi ki, vətəndaşlıqdan çıx, gedək Fransada yaşayaq, orada taksi sürüm, baxdım ki, mən oyunun içinə düşmüşəm. Özümü qurtara bilmirəm”.
 
Ətraflı videoda:

Baxış sayı: 8311 | Tarix: 15.10.2022
Bizi Telegramda izləyin: @repostaz