Bu gün Xırdalan şəhərində dəhşətli hadisə baş verib.
RePost.Az -ın lent.az-a istinadən verdiyi məlumata görə, Abşeron rayon Polis Şöbəsindən bildirilib ki, Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısı tələbədir.
Abşeron rayon Polis İdarəsinin rəisi və prokuror da daxil olmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
RePost.Az