Martın 14-də saat 21 radələrində Ağdam rayonunun Əfətli kəndində kənd sakini Niyaz Əliyev idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən piyadanı vurub.
 
RePost.Az DİN-ə istinadən xəbər verir ki, həmin piyada sürücünün elə öz anası Filyar Əliyeva olub. Qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
 
Ağdam RPŞ tərəfindən araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 4815 | Tarix: 15.03.2017
Bizi Telegramda izləyin: @repostaz