Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanan Bakı şəhərinin Baş Planı layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib.
 
Sənəd paytaxtın 213 min 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan dövr üçün şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsinin qorunması, habelə postsənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.
 
Bu gün Bakı şəhərinin Baş Planının qısa təqdimatı ilə bağlı video-çarx yayılıb. Görüntülərdə şəhəri 2040-ci ilə qədər gözləyən dəyişikliklər öz əksini tapıb.
 
Belə ki, qarşıdakı illərdə Bakı şəhərində 54 kilometrlik tramvay xətti, 47 stansiyadan ibarət metro və Böyükşor gölü ətrafında istirahət kompeksləri inşa ediləcək.
 
Ətraflı videoda izləyə bilərsiniz:


Baxış sayı: 3390 | Tarix: 18.10.2022
Bizi Telegramda izləyin: @repostaz