Qaxda meşəyə çır-çırpı gətirmək üçün gedən kənd sakini dünən günorta saatlarında işini bitirib evinə dönərkən aşan arabanın altında qalaraq dünyasını dəyişib.
 
RePost.Az ARB TV-yə istinadən xəıbər verir ki, Qax rayon Qorağan kənd sakini 57 yaşlı Şahin Əliyev səhər saat 8 radələrində at arabası ilə birlikdə kənddən təqribən 3 km uzaqlıqda yerləşən meşəyə gedib.
 
Hər gün günorta nahara gələn Şahin Əliyev bu dəfə dönməyib. Qohumları narahat olduğundan həmin əraziyə yollanıblar. Onların qarşılaşdıqları mənzərə isə faciəvi olub. Mərhumun meyitini yaxınları çətinliklə də olsa, arabanın altından çıxara biliblər. Təqribən bir neçə saat ərzində həmin yerdən çıxmaq istəyən at da xəsarət alıb.
 
Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, mərhumun bir qızı, bir oğlu var. 
 
RePost.Az
 

Baxış sayı: 4606 | Tarix: 15.03.2017
Bizi Telegramda izləyin: @repostaz