Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı xəstəxanada həkim nəzarətində olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırıma baş çəkib.
Bu barədə diplomat Tvitter hesabında yazıb.
“Xəstəxanadayıq. Cənab Baş nazirmiz Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçilərinə baş çəkdik. Bütün tibb personalı yaxından maraqlanır. Onların səhhətinin yaxşı olduğu barədə məlumat verildi. Keçmiş olsun” – deyə Bağçı qeyd edib.
Qeyd edək ki, Binəli Yıldırım və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb. Onlar müayinə üçün helikopterlə Bakıya gətirilib.