Bakı metrosunun "28 may" stansiyasında qorxulu anlar yaşanıb.
 
RePost.Az İstiPress-ə istinadən xəbər verir ki,  "28 may" stansiyasından "Gənclik" stansiyasına gedən vaqonda yanğın baş verib. Zəhərli qaz vaqonu bürüdüyündən, vaqon boşaldılıb.
 
Əraziyə FHN-nin yanğınsöndürmə briqaları cəlb olunub. Bir nəfərin zəhərləndiyi deyilir.
 
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin RePost.Az-a verdiyi məlumata görə, hadisə "28 may" və "Gənclik" metro stansiyaları arasında baş verib. Hazırda mütəxəssislər  tüstünün mənbəyini müəyyənləşdirir. Onun sözlərinə görə, sərnişinlər üçün təhlükə olmayıb. Hazırda qatarların hərəkəti bərpa olunub. 
 
Hadisə ilə bağlı ictimaiyyətə redaha ətraflı məlumat veriləcək.
 
RePost.Az

Baxış sayı: 4682 | Tarix: 15.03.2017
Bizi Telegramda izləyin: @repostaz