Cümə, 13 İyun 2025, 16:03:32
Gələn il ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi üçün dövlət büdcəsindən 5,3 milyard vəsait ayrılması proqnozlaşdırılır.
 
APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
 
Sənəddə bildirilib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır.
 
2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.

Baxış sayı: 9223 | Tarix: 25.10.2022
Bizi Telegramda izləyin: @repostaz