Bakı-Qazax yolunda baş verən qəza nəticəsində xəsarət alan 8 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib və müvafiq şöbələrə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Yaralılarla bağlı əlavə məlumat veriləcək.