Bərdədə kafedə iki nəfər güllələnib.
 
APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Bala Qacar kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Rəcəb Məmmədov kənd ərazisində yerləşən kafedə aralarında yaranmış münaqişə zamanı həmkəndlisi 57 yaşlı Eldar Əli oğlu Məmmədova və Qullar kənd sakini, 56 yaşlı Sərxan Teymur oğlu Əsədova ov tüfəngindən atəş açıb.
 
Nəticədə ağır yaralanan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
 
Hadisəni törətməkdə şübhəli bilinən Rəcəb Məmmədovun tapılması istiqamətində rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat- axtarış tədbirləri davam etdirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Baxış sayı: 5385 | Tarix: 31.10.2022
Bizi Telegramda izləyin: @repostaz