Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı barəsində Qaradağ Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

RePost.Az xəbər verir ki, məhkəmədə ilkin ifadə verən Rəşad Dağlı öldürdüyü şəxslə öz maşınında görüşdüyünü deyib:

“Mənim maşınımda görüşdük. O, qarşıda sərnişin yerində əyləşmişdi. Aramızda münaqişə yarandı. Bıçaq onun əlində idi. Mənim şərəf və ləyaqətimi təhqir etdi. Mən onun əlindəki bıçağı alıb ona zərbə endirdim. Yalnız birinci zərbəni xatırlayıram. Digərləri yadıma gəlmir. Maşını bir az sürəndən sonra qapını açıb meyiti aşağı atdım”.

Ekspertiza müəyyən edib ki, Rəşad Dağlı İsgəndərə ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) özünü təqsirli bilib.

"Özümü müdafiə etməyə çalışdım".

Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O bir neçə gün Qaradağ rayon Polis İdarəsindı saxlanacaq. Bir neçə gün sonra Kürdəxanıdakı cəzaçəkmə müəssisəinə köçürüləcək.

Qeyd edək ki, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Sosial şəbəkədə gedən müzakirələrə görə, Rəşad Dağlı və İskəndər Mehtiyev arasında mübahisə sənətçinin dediyi meyxanalardan birinə görə yaranıb. Bəhs olunan meyxanada Rəşad Dağlı narkotik satanları sərt tənqid edib.

Meyxanaçı Rəşad Dağlının atası Vaqif Əmirov qətllə bağlı yeni detalları açıqlayıb.

Astar kanalına açıqlama verən Vaqif Əmirov bildirib ki, həmin şəxslə Rəşad arasında konflikt olub.

Həmin günü qətlin necə baş verməsi detallarını da atası açıqlayıb.

Ətraflı videonu təqdim edirik:


Baxış sayı: 2687 | Tarix: 11.11.2022
Bizi Telegramda izləyin: @repostaz