Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
 
Azərbaycanda indiyədək ümumilikdə 823 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 618 nəfər müalicə olunaraq sağalıb, 9 967 nəfər vəfat edib, aktiv xəstə sayı 220 nəfərdir.
 
Ölkədə son sutka ərzində 2 101, hazırkı dövrədək isə 7 349 698 test aparılıb.

Baxış sayı: 7171 | Tarix: 16.11.2022
Bizi Telegramda izləyin: @repostaz