Rusiyalı milyarder, Rusiya Federasiyası Şurasının keçmiş üzvü Fərhad Əhmədov Azərbaycan Silahlı Qüvvələrinin yüksək komandanlığı ilə bağlı, eləcə də yaradıcı ziyalılar arasından nüfuzlu şəxslər, habelə jurnalistlər və KİV rəhbərlərindən ibarət informator şəbəkəsi yaratmaqda şübhəli bilinir.

RePost.Az xəbər verir ki, Əhmədov bu yolla məqsədyönlü şəkildə məxfi məlumatları toplamaqda şübhəli bilinir.

Digər məqamlarla yanaşı, o, yaxın keçmişdə Azərbaycanın ordu komandanlığında yüksək vəzifələrdə çalışan şəxslərlə konfidensial danışıqların audio yazısını da aparıb. Bu audioyazılardan biri 2022-ci ilin oktyabrında müxalif media resursu “Meydan TV” tərəfindən açıqlanıb. Söhbət Babək Səmidlinin səs yazılarından gedir.

Hazırda Əhmədovun Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri barədə şübhələr yoxlanılır.


Baxış sayı: 7171 | Tarix: 22.11.2022
Bizi Telegramda izləyin: @repostaz