Qətərdə keçirilən futbol üzrə dünya çempionatının üçüncü günündə sensasiya baş verib.  

RePost.Az-ın məlumatına görə, C qrupunda yer alan Argentina Səudiyyə Ərəbistanı ilə qarşılaşıb. 

Qarşılaşma Səudiyyə Ərəbistanının 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı Argentina açıb. 10-cu dəqiqədə Lionel Messi penaltini dəqiq yerinə yetirib. Matçın birinci hissəsi ikiqat dünya çempionunun qələbəsi ilə başa çatıb.

Səudiyyə Ərəbistanı yığması fasilədən sonra gözlənilmədən iki qol vurub. 48-ci dəqiqədə Saleh Al Şehri tarazlığı bərpa edib. 53-cü dəqiqədə Salem Al Davsari komandasını önə keçirib. 


Baxış sayı: 2801 | Tarix: 22.11.2022
Bizi Telegramda izləyin: @repostaz