Digər Xəbərlər
Azərbaycanın Baş naziri Artur Rəsizadə Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin hesabatı ilə bağlı çıxışı zamanı Mehriban Əliyevanı Birinci vitse-prezident təyin edilməsi münasibəti ilə təbrik edib.
RePost.AZ publika.az-a istinadən xəbər verir ki, Artur Rasizadə Mehriban Əliyevaya yeni vəzifəsində uğurlar arzu edib: “Mehriban xanım Əliyeva indiyədək Heydər Əliyev Fondunun prezidenti kimi çox əhəmiyyətli işlər görüb, xalqın etimadını qazanıb. Buna görə də onun cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi layiqli addımdır. Mən ona gələcək fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzu edirəm”.