“Rayonlarda açılan istehsal müəssisələri subyektiv səbəblərdən fəaliyyətini dayandırır. 10 min nəfər işçisi olan müəssisələrdə formal olaraq 100 nəfər qalır”.
 
Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.
 
Deputat ərzaq qiymətlərinin bahalaşmasından da danışıb.
 
O bildirib ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti 60% bahalaşıb.
 
“Maaşı nə qədər artırırıq artıraq, vətəndaşın yaşayışında özünü hiss etdirmir”, - deyə o əlavə edib.
 
Millət vəkili Azərbaycanda dərman vəsaitlərinin Türkiyə ilə müqayisədə 3 dəfə baha olduğunu da deyib.
 
“Kimsə mənfəət qazanır, lakin onkoloji xəstələr əziyyət çəkirlər”, - deyə Fazil Mustafa bildirib./Oxu.az/

Baxış sayı: 6449 | Tarix: 25.11.2022
Bizi Telegramda izləyin: @repostaz