Azərbaycanda daha bir məktəbin direktorunun səs yazısı yayılıb.
Ağsu rayon Xəlilli kənd orta məktəbinin diektoru Oqtay Bəylər oğlu Şıxıyev məktəbin İsmayıl adlı məllimindən bir gün dərsə gəlmədiyi üçün 10 manat tələb edir.
Direktor Oqtay Şıxıyev 10 manat əvəzinə 5 manat verən İsmayıl müəllimdən qalan 5 manatı da istəyir.
Regional Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Anar Osmanov bildirib ki, səsyazısı yayılan direktor regional təhsil idarəsinə çağırılıb.
O qeyd edib ki, hazırda direktorun izahatı alınır:
“Günün sonunadək məsələyə rəsmi münasibət bildiriləcək”.