NATO alyansı öz mövcud olduğu ərazini Qara dənizdən Baltik dənizinə kimi möhkəmləndirəcək.
 
APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Rumıniya XİN rəhbəri Boqdan Auresku ilə görüşünün nəticələrinə dair Budapeştdə keçirilən mətbuat konfransı zamanı deyib.
 
O əlavə edib ki, Qara dəniz regionu NATO alyansı üçün strateji əhəmiyyətə malikdir və alyansın müdafiəsinin ən vacib elementidir.
 
“Bizim irəliləməyimizin qarşısını almaq mümkün deyil. Biz NATO-nun Qara dənizdən Baltik dənizinə kimi mövcudluğunu möhkəmləndirəcəyik. Bu istiqamətdə görülən işlər çərçivəsində və Qara dəniz strategiyamızın yürüdülməsi, möhkəmləndirilməsi üçün biz (ABŞ və Rumıniya-red.) daim bir-birimizlə, həmçinin NATO ilə işləyirik. Rumıniya bu işlərdə və həmçinin NATO-nun ən güclü müdafiə alyansı olmasını təmin etmək üçün atılan daha genişmiqyaslı addımlarda olduqca vacib iştirakçıdır” – Blinken vurğulayıb.
 
Onun sözlərinə görə, ABŞ bütün NATO məkanı, o cümlədən Qara dəniz regionu üçün faydalı olacaq müasir və qarşılıqlı fəaliyyət göstərə bilən silahlı qüvvələr qurmaqda israrlıdır.

Baxış sayı: 5993 | Tarix: 29.11.2022
Bizi Telegramda izləyin: @repostaz