"Ermənistan Birinci Qarabağ müharibəsində həlak olduğu güman edilən 10 nəfərin sümüklərini Azərbaycan tərəfinə təhvil verib".
 
"Sputnik Armenia" xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.
 
Məlumata görə, Ermənistan, həmçinin Azərbaycana 2 xəritə təqdim edib: "Xəritələrdə daha 4 nəfərin basdırıldığı mümkün yerlər göstərilib".
 
Bildirilir ki, proses dekabrın 1-i baş tutub.
 

Baxış sayı: 3770 | Tarix: 05.12.2022
Bizi Telegramda izləyin: @repostaz