Azərbaycan tərəfi sülh müqaviləsi üzrə üçüncü rəylər paketini Ermənistan tərəfinə təqdim edib.
 
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
 
Nazir qeyd edib ki, bu ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü mərhələsinin keçirilməsi mümkündür.
 
XİN rəhbəri onu da qeyd edib ki, BMT Nizamnaməsi və Alma-Ata Bəyannaməsi irəli getmək üçün yaxşı əsasdır.

Baxış sayı: 7133 | Tarix: 05.12.2022
Bizi Telegramda izləyin: @repostaz