Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşəndə “3+3” əməkdaşlıq formatı müzakirə olunub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Lavrov Cənubi Qafqazda “3+3” əməkdaşlıq formatının bugünkü görüşdə müzakirə olunduğunu, artıq bu formatda bir dəfə görüşün keçirildiyini qeyd edib.
Rusiya XİN başçısı qeyd edib ki, bu formatda növbəti görüşün keçirilməsi planlaşdırılır.