Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 700 ABŞ dollarını ötüb.
 
“APA-Economics” xəbər verir ki, 8 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 707,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 620,4 dollar) ilə müqayisədə 5,4% çoxdur.
 
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Baxış sayı: 7209 | Tarix: 08.12.2022
Bizi Telegramda izləyin: @repostaz