Bəxtiyar Hacıyev saxlanılıb.
 
Bu barədə vəkil Aqil Layıc məlumat verib.
 
Ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi 221.3 (xuliqanlıq) və 289.2 (məhkəməyə hörmətsizlik) üzrə cinayət işi açılıb.
 
Bəxtiyar Hacıyev Bakı şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
 
Qeyd olunub ki, B. Hacıyev hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə aparılır.
 
B.Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə bağlı bir müddət əvvəl Yasamal rayon məhkəməsində keçirilən prosesdə məhkəməyə hörmətsizlik etdiyi üçün saxlanılıb.

Baxış sayı: 7798 | Tarix: 09.12.2022
Bizi Telegramda izləyin: @repostaz