Dekabrın 12-də Bakıda və Abşeron yarımadasında hava arabir yağıntılı olacağı gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, Bakıda gecə 4-6° isti, gündüz 8-10° isti olacaq.
 
Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacaq.

Baxış sayı: 6069 | Tarix: 11.12.2022
Bizi Telegramda izləyin: @repostaz