Bakıda parklanma nəzarətçisi ilə sürücü arasında mübahisə yaşanıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
"Opel" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini saxladığı yerdə iddialara görə, ödəniş etməyib. Bu zaman da qanunsuz parklanma nəzarətçisi ona hücum çəkib.
Belə ki, "nəzarətçi" hətta zərbə endirmək məqsədilə stulu götürüb avtomobilə yaxınlaşıb. Lakin daha sonra maşının şüşəsini tutub dartaraq zədələyib.
Görüntülər sosial şəbəkədə izləyicilərin hiddətinə səbəb olub. Əksəriyyət onların qanunsuz işlədiyini, əslində onlara heç bir ödəniş edilməməli olduğunu bildirib.
Qeyd üçün bildirək ki, Bakı şəhərində hələlik rəsmi olaraq, parklanmalar üçün vahid ödəniş haqqı təsdiq olunmayıb.
Xatırladaq ki, Bakıda qanunsuz dayanacaqlara Qocayev adlı məmurun rəhbərlik etdiyi bildirilir.