"Dövlətin rəsmi orqanlarının dəstəyi olmasa bu səviyyədə keyfiyyətli və ən azı izdihamlı informasiya xarakterli əməliyyatı həyata keçirmək mümkün olmazdı".
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.
O bildirib ki, ermənilər üçün indi bütün variantlar arzuolunan deyil:
"Şuşa-Xankəndi yolunu Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri, ekofəallar bağlamayıblar. Yolu əslində sülhməramlılar bağlayıblar. Azərbaycan tərəfi orada yol bağlamır, heçnəyi blok etmir.
Rəsmi Bakının bir tələbi var ki, həmin o ekoloqlarımızdan ibarət qrupun ekoloji təhlükəsizlik məqsədi ilə təşkil etmək istədikləri monitorinq baştutsun, o insanları öz ərazilərimizə baxış keçirmək üçün buraxsınlar.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Bildiyiniz kimi, orada filiz mədənləri müəssisələri var, hansı ki, qeyri-qanuni şəkildə istismar olunması haqqında məlumatlar daxil olur. Yəni indi Azərbaycanın əsas tələbi budur. Bəli, defakto Şuşa-Xankəndi yolundakı aksiya bir messic ola bilər. Amma mən bunun üstündə daha çox qalmaq istəmirəm. Çünki bu, Azərbaycan tərəfinin hərəkət istiqamətini açıqlayır.
Hazırda düşmən mediası sosial şəbəkələrdə yazır ki, "Bakı bu addımlar sülhməramlıların müvəqqəti nəzarətindəki erməniləri blokadaya salır". Əslində belədir. Amma bizim rəsmən tələbimiz budur ki, bizim öz ərazilərimizdə sərbəst monitorinqimizə icazə versinlər.
Düşmən tərəfi hazırda "vilka" şəraitindədir. Yəni ermənilər hər hansı bir seçimi etsə, yenə onların marağında olan nəyəsə rast gəlməyəcəyik:
Qarşı tərəf bu təzyiq nəticəsində Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın şərtini qəbul etsə, onların maraqlarında deyil.
Qızıl yataqlarımıza Azərbaycanın ekoaktivistlərini, nazirlik nümayəndələrini buraxsalar bu artıq presidentdir. Bu, Azərbaycan hakimiyyətinin dövlət olaraq suveren hüququnu özünün ərazisində, - hətta rus sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazi olsa da belə o ərazilərdə bərqərar olmasının simvolu olardı.
Bu da təbii ki, ermənilərə sərf etmir. Ona görə, hər hansı bir variantı seçsələr, onlara sərf etmir. Yəni Azərbaycan tərəfinin tələbi yol bağlamaq deyil. Yol onun nəticəsində alınıb ki, Rusiya sülhməramlıları bizim fəalları həmin ərazilərə buraxmır. Orada da izdiham yaranıb, iki gündür yol bağlanıb. Amma Azərbaycan tərəfinin yolu bağlamaq kimi bir fikri yoxdur".