Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Xankəndi-Laçın yolunda aksiyanı davam etdirir.
 
Gecə boyu ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndirilib.
 
Bundan başqa, aksiya iştirakçıları fləşmob təşkil edərək, yanan şamlarla “Stop eko terror” şüarı yazıblar.
 
Şüarlarda Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələbi də irəli sürülüb.
 
Qeyd edək ki, dekabrın 12-də başlayan aksiyaya ictimai dəstək getdikcə artır.
 
Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by RePost.Az (@repost.az)


Baxış sayı: 6278 | Tarix: 17.12.2022
Bizi Telegramda izləyin: @repostaz