"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya dekabrın 20-si saat 00:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir".
 
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Bildirilir ki, Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

Baxış sayı: 5366 | Tarix: 20.12.2022
Bizi Telegramda izləyin: @repostaz