Xalq artisti Fikrət Verdiyev vəfat edib.
 
Bu barədə mərhumun yaxınları sosial şəbəkə hesablarında paylaşım ediblər.
 
"Bildirilib ki, "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı ötən gün Gəncə şəhərindəki evində dünyasını dəyişib.
 
Xatırladaq ki, Gəncədə filarmoniyanın yaradılması Fikrət Verdiyevin adı ilə bağlıdır. O, dahi sənətkar Xan Şuşinskinin qızı ilə evli idi.

Baxış sayı: 18058 | Tarix: 22.12.2022
Bizi Telegramda izləyin: @repostaz