Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə 24 dekabr saat 09:00-da xəstəliyinin müalicəsi ilə əlaqədar 2022-ci il təvəllüdlü Vladimir Balayan və onun valideynlərinin komitənin əməkdaşlarının müşayiəti ilə komitəyə məxsus minik avtomobilləri ilə Xankəndidən Ermənistana keçidinə və həmin gün eyni tərkibdə geriyə Xankəndiyə qayıtmalarına icazə verilməsi xahiş olunub.
Müraciətdə, geri qayıdarkən avtomobillərin baqajında Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatların daşınacağı bildirilib.