Azərbaycan, Rusiya və İran respublikada yaradılan Avropa üçün qaz ticarəti platformasında (mərkəzində - red.) oyunçu ola biləcəklər.
“APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz “Habertürk”ə müsahibəsində bildirib.
"Azərbaycan, Rusiya və İran burada oyunçu ola bilər. Bizim çoxlu terminallarımız var və biz bazar (qaz ticarət platforması – red.) açırıq. Ticarət yeri Türkiyə olacaq, qazın qiyməti də burada formalaşacaq”, - nazir qeyd edib.
Onun sözlərinə görə, Türkiyə qaz mənbələrinə yaxın yerləşir və bu bazarda oyunçu olacaq, bunun müvafiq xidmət haqqı da olacaq (qaz qovşağında əməliyyatlar üçün – red.).
Fatih Dönməz ölkədə qaz qovşağının və Avropa üçün ticarət platformasının yaradılması üçün infrastrukturun hazır olduğunu bildirib.
"Hazırda biz yol xəritəsini yekunlaşdırırıq. Fiziki infrastrukturumuz hazırdır. Son dörd ildir ki, biz Türkiyədə milli bazar üçün qaz ticarəti platforması işlədirik. Proqram təminatının və İT infrastrukturunun böyük hissəsi hazırlanır. Biz beynəlxalq bazarların gözləntilərinə uyğun qiymətlərin formalaşması ilə bağlı danışıqlar aparırıq”, - nazir vurğulayıb.