Bakı Beynəlxalq Hava Limanında quldurluq hadisəsi olub.
Polisə ərizə ilə müraciət edən Qalib Rüstəmov Beynəlxalq Hava Limanı ərazisində naməlum şəxslər tərəfindən döyüldüyünü, içərisində külli miqdarda ABŞ dolları və sənədləri olan çantasının əlindən alındığını bildirib.
Daxil olan şikayət əsasında DİN-in Hava Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmalar nəticəsində hadisəni törədənlərdən ikisinin şəxsiyyəti müəyyən edilib.
Şikayətçinin iddiasına görə onlar Elçin Orucov və Fərid Vahabovdur.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.