Türkiyədə Uqanda əsilli 31 yaşlı Violet Nantaban və onun əkiz bacısı Beatris Babiryinin cinsi və fiziki zorakılığa məruz qalması ilə bağlı məhkəmə prosesi başlayıb.
RePost.az-ın məlumatına görə, təqsirləndirilən şəxslər azərbaycanlı Sunay Həsənov və Kənan Rəfiyev ilk dəfə hakim qarşısına çıxıb. Şübhəli şəxslər pul qarşılığında cinsi əlaqəyə girdikləri qadını onları təhqir etdikləri üçün döydüklərini bildiriblər. Kənan Rəfiyev ifadəsində Beatrislə tanışı vasitəsilə görüşdüyünü bildirib.
“Əylənmək üçün Sunayla şəhərə çıxmışdıq. Bundan əvvəl Beatris mənə telefon nömrəsini vermişdi. Ona zəng edib təkrar onunla birlikdə olmaq istəyimi bildirdim. Qəbul etdi. Razılaşdığımız pul qarşılığında cinsi əlaqəyə girdik. Beatris yataqda məni təhqir etdi. Boğazını sıxdım. Halının pisləşdiyini görüb buraxdım. Sonra yenə söyüş söydü. Üzünə vurdum. Otaqdan çıxaraq Kənangil olan otağa getdim”, - deyə Sunay Həsənov bildirib.
Digər şübhəli Kənan Rəfiyev də ifadə verib. O, bildirib ki, Beatrisin bacısı Violetlə cinsi əlaqdə olub. Bu zaman Kənan Sunayın onların olduqları otağa gələrək getmək lazım olduğunu bildirdiyini deyib. “Violet bacım hardadır? Deyə soruşdu. Ona cavab vermədiyimizi görüncə üstümüzə yeridi. Sonra qışqırmağa başladı. Sunay onu susdurmağımı tapşırdı. Mənə yataqda “Siz azərilər oğrusunuz” demişdi. Sonra türkcə anama söydü. Onu sakitləşdirmək üçün ventilyatorun naqili ilə boğmağa başladım. Səsi kəsildikdən sonra buraxdım. Onu öldürmək fikrim yox idi”, - deyə Kənan Rəfiyev deyib.
Məhkəmə prosesində bacılar Biatris Babirye və Violet Nantaba Uqandadan Türkiyəyə turist kimi gəldikləri bildirilib. Bacılar İstanbulun Aksaray məhəlləsində kirayədə qalıblar. Geri dönüş üçün pulları olmayan qızlar kişilərlə pul qarşılığında cinsi əlaqəyə girmək qərarına gəliblər. Bacılar Sunay Həsənov və Kənan Rəfiyevlə 340 lirə pul qarşılığnda cinsi əlaqəyə girməyə razı olublar. Sonra yuxarıda bəhs edilən hadisə baş verib. Şübhəlilər evdən qaçaraq Azərbaycana gəlmək üçün avtobusa miniblər. Ancaq uzağa gedə bilməyərək tutulublar. Məhkəmədən azərbaycanlıların 11 ildən 30 ilə qədər həbs cəzası almaları istənilib.
RePost.az