Hazırda inzibati həbsdə olan tanınmış müxalif lider Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu 2-ci Qarabağ müharibəsindəki iştirakına görə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub. 
 
Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi özünün "facebook" səhifəsində paylaşıb. 
 
O, bildirib ki, hazırda Amerikada yaşayan qardaşının adından medalı ona veriblər.

Baxış sayı: 7475 | Tarix: 17.01.2023
Bizi Telegramda izləyin: @repostaz